İyunun 19-dan 21-dək Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçələrin adları açıqlanıb

İyunun 19-dan 21-dək Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçələrin adları açıqlanıb

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək yol velosiped yarışı ilə əlaqədar olaraq, iyunun 19-dan 21-nə kimi Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol velosiped yarışının marşrutu və nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar barədə tam məlumat xəritədə göstərilib.