Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinə də müraciət etmək olar

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinə də müraciət etmək olar

Bu gündən məktəbəhazırlıq qruplarına ərizələrin elektron qeydiyyatına başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, valideynlər elektron ərizənin qeydiyyatı ilə əlaqədar yaranan suallara şəhər və rayon ərazisində fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzləri, Apelyasiya Komissiyasına yaxınlaşmaqla aydınlıq gətirə bilərlər. Həmçinin yerli təhsili idarəetmə qurumlarına və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146-1) zəng edə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.