Naftalan məktəbliləri arasında test üsulu ilə fənn olimpiadasının II turu keçirilib

Naftalan məktəbliləri arasında test üsulu ilə fənn olimpiadasının II turu keçirilib

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə VI, VII, VIII sinif şagirdləri arasında test üsulu ilə fənn olimpiadası keçirilib. Dekabrın 5-də keçirilən olimpiada riyaziyyat, tarix, kimya və biologiya fənləri üzrə təşkil olunub.
Olimpiadada şəhərdə fəaliyyət göstərən 3 ümumtəhsil məktəbindən 62 şagird iştirak edib. Müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın növbəti mərhələsinə vəsiqə qazanacaqlar.