Naxçıvanda noyabr ayının pensiyaları ödənilib

Naxçıvanda noyabr ayının pensiyaları ödənilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.