Ötən il Naxçıvanda 1331 nikah qeydə alınıb

Ötən il Naxçıvanda 1331 nikah qeydə alınıb

Ötən il Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evi tərəfindən, ümumilikdə, 1331 nikah, 725 boşanma qeydə alınıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2024-cü ildə muxtar respublikada 1520 nikah, 801 boşanma qeydə alınmışdı.