"Koronavirus əleyhinə peyvənddən imtina edən və bu xəstəliyə tutulan şəxslərin müalicəsinin dövlət hesabına qarşılanması məsələsi gündəmdə deyil".
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
“Peyvəndlənmədən imtina etmiş şəxslərin öz hesabına müalicə alması məsələsi müzakirə edilir”.