Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, sentyabrın 12-də səhər saatlarından etibarən şəhərin mərkəzində və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.