Türkiyə baş nazirliyinə bağlı olan Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisi təhsil sahəsinə dəstəyini davam etdirir. Belə ki, Agentlik humanitar dəstəyi çərçivəsində Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinə kitab dəsti hədiyyə edib.
Liseydən verilən məlumata görə, TİKA təhsil ocağının kitabxanasına 172 kitab bağışlayıb. Türk ədəbiyyatına və tarixinə aid olan kitablar liseyin rəhbərliyi tərəfindən təhvil alınıb.