YAP Yevlax rayon təşkilatının gənc könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada fəal iştirak edirlər

Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib. Məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərmək olan aksiyada partiyanın Yevlax rayon təşkilatı da fəal şəkildə iştirak edir. YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyevin verdiyi məlumata görə, aksiya çərçivəsində rayon təşkilatının könüllüləri həm Yevlax şəhərində, həm də rayonun kəndlərində yaşayan ahıl, tənha, köməyə ehtiyac olan vətəndaşlara gigiyenik vasitələr və virusdan qorunmanın yolları barədə maarifləndirici materiallar paylayıblar.