Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri “Əsgərə salam” aksiyasına qoşulublar. Yevlaxlı gənclər Şəhidlər xiyabanında hərbi salamlama vəziyyətində şəkil çəkdirərək sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-dən etibarən start verdiyi aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.