Yevlax şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün lazımi şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkada rayonun kəndlərindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb. Məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuz satılıb.
Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların qiymətlərindən razılıqlarını ifadə ediblər.