BMT Azərbaycan sülhməramlısını medalla təltif edib

BMT Azərbaycan sülhməramlısını medalla təltif edib

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib.

Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi “Twitter”də məlumat yayıb.

Bildirilir ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.