Çilidə 6,1 bal gücündə zəlzələ olub

Çilidə 6,1 bal gücündə zəlzələ olub

Çili sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Lebu şəhərindən 12 kilometr şimal-qərbdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.