Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair prosesin qarşısı açılmalıdır.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu prosesin qarşısının alınması strateji xəta olacaq. Nazir Aİ-ni Türkiyə ilə münasibətlərin genişlənməsində daha effektiv addımlar atmağa çağırıb.