İstanbuldakı partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur – XİN

İstanbuldakı partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur – XİN

İstanbulun mərkəzində baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Bunu Xarici İşlər Nazirliyindən bildiriblər.

"Bizə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb", - qurumdan bildiriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.