Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik, - deyə məlumatda bildirilir.