Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i pisləyib

Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i pisləyib

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni qınayıb. 

AZƏRTAC xəbər verir ki, Pakistan XİN-in sözçüsü bununla bağlı bildirib: “Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər”in keçirilməsinə hər hansı cəhdi hüquqi və mənəvi cəhətdən qınanır. Bu cür cəhd həm də BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”.