Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabahın hava şəraiti haqqında məlumat açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.