Serbiya Silahlı Qüvvələrinin döyüş hazırlığı vəziyyəti ləğv edilib.
TASS xəbər verir ki, bu barədə Prezident Aleksandar Vuçiç əmr verib.
Qeyd edək ki, Kosovonun şimalında vəziyyətin gərginləşməsi fonunda dekabrın 26-da Aleksandr Vuçiç Serbiya Silahlı Qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr vermişdi.