Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Tovuz rayonunun Hunanlar kəndində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

VAZ-2107 markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı sürücü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.