Türkiyə Azərbaycana daha 13 mexaniki mina təmizləmə maşını verib

Türkiyə Azərbaycana daha 13 mexaniki mina təmizləmə maşını verib

Türkiyə Müdafiə Nazirliyinin törəmə müəssisəsi olan “ASFAT” daha 13 mexaniki minadan təmizləmə aparatını (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təhvil verib. 

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu günə kimi Azərbaycana ixrac edilən MEMATT-ın sayı 20-yə çatıb.