Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazı müzakirə edir

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazı müzakirə edir

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasda, Rusiya-Ukrayna müharibəsi daxil olmaqla, bir çox regional məsələ müzakirə olunur. 

Bundan əlavə, İraq, Suriya və Cənubi Qafqazda baş verən regional hadisələr, daxili və sərhədyanı terrorla mübarizə əməliyyatları da müzakirə olunacaq.