Ukrayna humanitar dəhlizlə bağlı ATƏT-ə çağırış edib

Ukrayna humanitar dəhlizlə bağlı ATƏT-ə çağırış edib

"ATƏT-in fəal köməyinə ehtiyacımız var".

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak "Twitter"də bildirib

O deyib ki, Rusiya qüvvələrinin ələ keçirdiyi şəhərlərdə humanitar böhran yaşanır.

“Qida, dərman, təcili yardım, evakuasiya üçün bizə humanitar dəhlizlər lazımdır. Beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in fəal köməyinə ehtiyacımız var”, - Podolyak qeyd edib.