“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib

“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
“700 min ağac əkək” kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalları, İdarə Heyəti və partiyanın Pirallahı rayon təşkilatı Aparatının əməkdaşları iştirak ediblər. Aksiyada 250-dən çox şam ağacı və digər növ ağaclar mərkəzi magistral yol boyunca əkilib, eyni zamanda, əkilən ağaclara aqrotexniki qulluq göstərilib.