Yanvarın 17-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 47 saylı Mingəçevir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Aydın Mirzəzadə seçicilərlə ilk görüşünü keçirib.
Görüşü açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov YAP-ın namizədi Aydın Mirzəzadənin tərcümeyi-halı haqda məlumat verib, onun deputat kimi fəaliyyətinin Mingəçevirlə sıx bağlı olduğunu bildirib.
Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə V çağırış Milli Məclisin işindəki fəaliyyətindən danışıb. O, seçicilərin yenidən etimad göstərəcyi halda parlament müstəvisində görəcəyi işlərdən danışıb.
Görüşdə iştirak edən seçicilər isə 9 fevral parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.