Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülmüş Elşad Mirbəşiroğlunun Daşkəsən rayonunun Gurbulaq və Əmirvar kəndlərindən olan seçicilərlə görüşü keçirilib. Görüşdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar haqqında məlumat verilərək qeyd olunub ki, bütün sahələri əhatə edən islahatlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Elşad Mirbəşiroğlu öz platforması haqqında seçicilərə geniş məlumat verib. O, millət vəkili seçiləcəyi təqdirdə daim seçicilərinin yanında olacağını, onların qayğı və problemlərinə həssaslıqla yanaşacağını bildirərək hər kəsi seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə iştirak edən seçicilər 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində birmənalı şəkildə Elşad Mirbəşiroğluna səs verəcəklərini bildiriblər.
Elşad Mirbəşiroğlunun Daşkəsən rayonunun Gurbulaq və Əmirvar kəndlərindən olan seçicilərlə görüşü keçirilib
Oxşar xəbərlər