Yanvarın 17-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Nizami Səfərovun Samux rayonunun Poylu, Qarabağlı, Kəsəmən, Salahlı və Burunqovaq kəndlərində seçicilərlə görüşü olub.
Görüşlərdə çıxış edən N.Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə böyük ruh yüksəkliyi və möhtəşəm qələbə əzmi ilə qatılır. O, Ümummilli Liderin ideyaları əsasında fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini vurğulayaraq seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.