Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin Tovuz rayonunda da təbliğat-təşviqat kampaniyasına uğurla start verilib. Dünən səhər saatlarından başlayaraq rayon təşkilatının Seçki Qərargahının üzvləri və fəal gənclər partiyanın namizədləri - 105 saylı seçki dairəsi üzrə Hüseynova Məhəbbət Müsəllim qızı və 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsi üzrə Tağıyev Niyazi Yusif oğlunun təbliğat-təşviqat plakatlarını müvafiq lövhələrə yerləşdiriblər. Həmçinin YAP-ın Milli Məclisin deputatlığına namizədlərinin seçicilərlə görüşlərinə başlanıb.