Tovuzda YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə müxtəlif idman yarışları keçirilir

Tovuzda YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə müxtəlif idman yarışları keçirilir

Tovuzda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq sentyabrın 25-də YAP Tovuz rayon təşkilatı rayon Gənclər və idman idarəsi ilə birlikdə gənclər arasında mini-futbol yarışına start verib.Yarışa 14 komanda qatılıb.Yarışın ilk günündə telekommunikasiya qovşağı, mərkəzi rayon xəstəxanası, “Turanbank” və ARB-24 telekanalının komandaları qarşılaşıblar. Sentyabrın 30-da yekun vurulması nəzərdə tutulan yarışların qalibləri mükafatlandırılacaqlar.
Qeyd edək ki, YAP-ın yaranmasının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək idman yarışları proqramına şahmat üzrə şəhər birinciliyi və məktəbli qızlar arasında voleybol yarışları da daxil edilib.