Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar 108 saylı Ağstafa seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nizami Qulu oğlu Cəfərovun plakatları təbliğat-təşviqat lövhələrinə yerləşdirilib.
YAP Ağstafa rayon təşkilatından bildirilib ki, Ağstafa rayonu üzrə 108 saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi fəaliyyət göstərir. 108 saylı seçki dairəsində 38 məntəqədə 42674 seçici, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində 5 məntəqədə 6934 seçici qeydiyyatdadır.
YAP Ağstafa rayon təşkilatının qərargahında 17 nəfərdən ibarət təbliğat qrupu yaradılıb, namizədin təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin keçirilməsi üçün lazımi tədbirlər görülüb.