Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən rayon əhalisinə tibbi maska paylanılır. Məqsəd ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstəkdir.
Qeyd edək ki, aksiya çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə vətəndaşlara qoruyucu maska paylanılması işi davam etdirilib. Tibbi maskalar partiyanın könüllüləri tərəfindən insanlara paylanıb.