YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasına start verib

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə təbliğat-təşviqat kampaniyasına start verib.
Seçkilərdə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə təbliğat-təşviqat kampaniyası aparan Yeni Azərbaycan Partiyasının namizədlərinin - 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Fatma Vidadi qızı Yıldırımın və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə Qnyaz Vəli oğlu Məmmədovun seçki plakatları müvafiq seçki məntəqələrinin ərazisində lövhələrə vurulub.