Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları fevralın 9-da keçiriləcək parlament seçkilərində qələbə əldə etmək üçün bütün hazırlıqları yekunlaşdırıb. YAP Gədəbəy rayon təşkilatı da seçki ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verib. Rayon təşkilatında yaradılan Seçki Qərargahı, o cümlədən təbliğat-təşviqat qrupu öz işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. Artıq YAP tərəfindən irəli sürülmüş namizədlərin plakatları xüsusi ayrılmış yerlərdə yapışdırılıb.
Vurğulamaq lazımdır ki, Gədəbəy rayonunun inzibati ərazisi üzrə 2 Dairə Seçki Komissiyası fəaliyyət göstərir. YAP tərəfindən 103 saylı Gədəbəy seçki dairəsi üzrə Hüseynova Sevinc Əmirəhməd qızının, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə Məhərrəmova Elnarə Səməndər qızının namizədliyi irəli sürülüb.