YAP Gənclər Birliyi Novruz bayramı ilə əlaqədar yardım aksiyası keçirib

YAP Gənclər Birliyi Novruz bayramı ilə əlaqədar yardım aksiyası keçirib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Novruz bayramı ilə əlaqədar qayğıya ehtiyacı olan insanlar üçün yardım aksiyası keçirib. YAP Gənclər Birliyindən verilən məlumata görə, Bakı şəhərinin bütün rayonlarını əhatə edən aksiya zamanı gün ərzində aztəminatlı ailələrə yardım paylanıb.
Yardım çərçivəsində 100-ə yaxın ailəyə Novruz sovqatı olaraq toyuq əti, yağ, düyü, un və digər ərzaq növlərindən ibarət bayram sovqatı verilib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyindən bildirilib ki, məqsəd Novruz bayramında həmin insanlarla birgə olduğumuzu göstərməkdir. Qeyd olunub ki, belə aksiyalar gələcəkdə də davam etdiriləcək.