YAP Gənclər Birliyinin üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

YAP Gənclər Birliyinin üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər. Gənclər Azərbaycan bayraqları və “Xocalıya ədalət!” yazılmış plakatlarla Xocalı prospekti boyunca yürüş edərək abidəni ziyarət edib, günahsız insanların xatirəsinə ehtiramlarını bildiriblər.
Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin önünə YAP Gənclər Birliyi adından əklil qoyulub, faciə qurbanlarının xatirəsi yad olunub.