Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin toplantısı keçirilib. Tədbiri YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq ölkədə gedən ictimai-siyasi proseslərdən bəhs edib.
Azərbaycanın inkişafını istəməyən qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını deyən E.İsmayılov gəncləri bu qüvvələrə qarşı mübarizədə fəal olmağa, sosial şəbəkələrdə aktiv iştirak etməyə çağırıb. O qeyd edib ki, gənclər dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətini sosial şəbəkələr vasitəsilə geniş təbliğ etməlidir.
Rayon təşkilatınının Gənclər Birliyinin sədri Həsən Şirinov çıxış edərək avqust ayında görülmüş işlərlə bağlı məlumat verib və bu dövrdəki fəaliyyət qənaətbəxş sayılıb. Həmçinin gənclər tərəfindən yeni tədris ilində koronavirus ilə əlaqədar şagird və valideynlər arasında maarifləndirmə işlərinin aparılması qərar alınıb.
Toplantıda həmçinin, sentyabr ayında keçiriləcək tədbirlərlə bağlı məsələlər müzakirə olunub.
MÜŞFİQƏ