YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşünü keçirib

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşünü keçirib. YAP-ın namizədi həm qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan yerlərdə ümumi toplantılar keçirir, həm də məhəlli görüşlərində iştirak edir, seçicilərin evlərinə gedib onlarla səmimi söhbətlər aparır. Növbəti belə görüşdə də seçicilərə həm ölkəmizdə həyata keçirilən mütərəqqi siyasətin uğurları, həm də YAP-ın parlament seçkilərinə hazırlığı ilə bağlı məlumat verilib. S.Qafarova ailələrlə səmimi söhbət edib, onların qayğıları, problemləri ilə maraqlanıb. O, daha sonra seçiciləri 9 fevralda keçiriləcək seçkilərdə fəal şəkildə iştirak etməyə çağırıb.
Seçicilər də S.Qafarovanın ötən müddət ərzində fəaliyyəti ilə seçicilərin etimadını doğrultduğunu və seçkilərdə ona səs verəcəklərini bildiriblər.