Yeni Azərbaycan Partiyasının (YAP) 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa namizədi Aytən Hüseynova təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Badamdar qəsəbəsi sakinləri ilə görüşüb.
Seçicilərə seçki platforması və seçiləcəyi təqdirdə deputat kimi qarşıya qoyduğu hədəflər haqqında ətraflı məlumat verən YAP-ın namizədi sakinlərlə onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb, onların təkliflərini dinləyib və müvafiq qeydlər aparıb.
Fikir mübadiləsi zamanı vurğulanıb ki, dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən olan sosial siyasət, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə göstərir.
YAP-ın siyasi kursuna dəstəklərini ifadə edən Badamdar qəsəbəsi sakinləri seçki günü məntəqələrə gələrək öz mövqelərini nümayiş etdirəcəklərini bildiriblər.
MÜŞFİQƏ