Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibəti ilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Quba rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam edir. Bununla bağlı YAP Quba rayon təşkilatının İdarə Heyətinin iclasında mərhələli tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yaxından köməyi ilə partiya üzvlərinin sayına uyğun olaraq 8 min ədəd ağac əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, kampaniya çərçivəsində indiyə qədər 4305 ədəd ağac əkilib.