YAP Qazax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib

Fevralın 9-da keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı təbliğat-təşviqat prosesinə start verilib. Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında da təbliğat kampaniyası uğurla həyata keçirilir. Vurğulamaq lazımdır ki, Qazax rayon təşkilatı bu seçkilərə mütəşəkkil şəkildə hazırlaşıb. YAP Qazax rayon təşkilatı Seçki Qərargahı tərəfindən öncədən müəyyənləşdirilmiş mobil qruplar təşviqat materiallarını, YAP tərəfindən irəli sürülmüş namizədlərin şəkillərini təbliğat materiallarının yerləşdirilməsi üçün ayrılmış xüsusi lövhələrə yapışdırıblar.
Qeyd edək ki, YAP Qazax rayon təşkilatında seçkilərə hazırlıqla bağlı Seçki Qərargahı, o cümlədən təbliğat-təşviqat qrupu fəaliyyət göstərir ki, onlar da işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədirlər. Rayon ərazisində 2 seçki dairəsi mövcuddur. YAP tərəfindən 107 saylı Qazax seçki dairəsi üzrə Seyidov Səməd İsmayıl oğlunun, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə isə Tağıyev Niyazi Yusif oğlunun namizədliyi irəli sürülüb.