Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına uğurla start verib. Kampaniyada YAP Salyan rayon təşkilatının üzvləri və fəallar aktiv iştirak ediblər.