23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsinə start verilib. Yeni Azərbaycan Partiyası (YAP) da bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisinə də yüksək ab-hava ilə başlayıb. YAP Sumqayıt şəhər təşkilatı da öz növbəsində seçkilərdə üç bələdiyyə üzrə qeydə alınmış 47 namizədin təbliğat-təşviqat kampaniyasına başlayıb. Bununla bağlı, YAP Sumqayıt şəhər təşkilatının partiya fəalları kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar, YAP Sumqayıt şəhər təşkilatının fəalları və gənclər təbliğat materiallarının məlumat lövhələrinə vurulmasına başlayıblar.