11 aprel prezident seçkilərinin təbliğat-təşviqat mərhələsinə start verilib. Seçki prosesinin hər bir mərhələsini yüksək hazırlıq şəraitində keçirən Yeni Azərbaycan Partiyasının (YAP) “İlhamla irəli” şüarı altında qatıldığı təbliğat-təşviqat kampaniyasına hər bir rayon təşkilatı öz töhfəsini verməyə səy göstərir. YAP Xətai rayon təşkilatı hər zaman olduğu kimi bu mərhələni də uğurla başlayıb. Partiya fəalları səhər saatlarından etibarən təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş lövhələrdə yerləşdirilməsinə başlayıb.