Baydenin son “gedişi”...
30.11.2024 [11:24]
Ukrayna - Rusiya müharibəsi nüvə fazasına keçəcəkmi?
Siyasi hakimiyyətinin son akkordlarını yaşayan ABŞ prezidenti Co Bayden qlobal qarşıdurmaların genişlənməsində maraqlı olan persona kimi yadda qalmaq istəyir. Bunu, 3 ilə yaxındır ki, davam edən Ukrayna-Rusiya müharibəsinin daha faciəvi mərhələyə daşıması üçün Baydenin verdiyi qərarlar da “təsdiqləyir”. Ağ Evi 2 aydan sonra yeni sahibinə təhvil verəcək Bayden Mərkəzi Avropada müharibənin həm miqyasının, həm də xarakterinin dəyişməsinə xidmət göstərəcək qərarlar qəbul edir, qlobal qarşıdurmanı daha təhlükəli mərhələyə yönəldir. Məsələn, Bayden administrasiyasının Ukraynaya 725 milyon dollar dəyərində hərbi yardım paketi hazırlamsı bunu təsdiqləyir. Xatırladaq ki, bu barədə xəbəri noyabrın 27-də Vaşinqtonda adı açıqlanmayan iki məmura istinadən “Reuters” agentliyi yayıb. Bildirilib ki, yeni paketə əsasən ABŞ müxtəlif tank əleyhinə qurğular, minalar, dronlar, “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər və HIMARS MLRS üçün döyüş sursatını Kiyevə təslim etmək fikrindədir. “Reuters” qeyd edib ki, yeni yardım paketinin məzmunu və miqdarı hələ təsdiqlənməyib, yaxın günlərdə hətta genişlənə də bilər.
Baydenin Trampa “mirası”...
Qərb siyasi ekspertləri Baydenin bu addımını fərqli istiqamətlərlə izah edirlər. Kiyevə yeni yardım göstərməklə Baydenin Trampa qlobal müharibə mirası qoymaq istədiyi fikrini də arqumentli sayan siyasi ekspertlər demokratların yanvardan sonraya “plan” qurduqlarını da istisna etmirlər. Belə ki, Bayden administrasiyası yanvardan sonra Ukrayna müharibəsi ilə bağlı Trampın proqramından xəbərdardır - bu baxımdan, onların maksimum qarşıdurma yaratmaqla vəziyyəti çıxılmaz hala gətirmək istədikləri bildirilir. Vurğulayaq ki, hələ seçki kampaniyası zamanı Tramp Kiyevə hərbi yardımın ayrılması şərtlərini tənqid etmişdi və Keyt Kelloqu Ukraynadakı müharibənin sülh yolu ilə həlli üzrə xüsusi nümayəndəsi təyin etmişdi. Media Kelloqu müharibənin tez bir zamanda dayandırması üçün Trampa təqdim edilmiş planın müəlliflərindən biri adlandırır - planın əsas mahiyyəti isə ondan ibarətdir ki, Vaşinqton Moskva ilə danışıqlara başlamayacağı təqdirdə Kiyevi hərbi yardımdan imtina etməklə hədələyəcək.
Baydenin “B” planı...
Qərb mətbuatı noyabrın 25-də Baydenin gizli şəkildə ABŞ Konqresinə Ukraynaya daha 24 milyard dollar hərbi yardım ayırmağı təklif etməsi ilə bağlı xəbər hələ tam dəqiqləşdirilməsə də, nəşrlər Konqresin təşəbbüsü təsdiqləmə ehtimalını aşağı qiymətləndirir. Bu baxımdan Baydenin “B” planına müraciət edəcəyi də istisna olunmur. Belə ki, postunu təhvil verməyə hazırlaşan dövlət başçısı fərqli təsnifatlarla, xüsusilə “sülh” və “humanitar yardım” pərdəsi altında Ukraynaya milyardlarla dolların ayrılmasına nail olmaq niyyətindədir. Siyasi mütəxəssislərin fikrincə, Bayden bu plana hələ aylar əvvəl qərar verib - belə ki, bu ilin yayında ABŞ-ın Ukraynaya enerji sektoru, humanitar ehtiyaclar və vətəndaş təhlükəsizliyi üçün 1,5 milyard dollardan çox vəsait verəcəyi bəyan edilmişdi. Dəstək üçün isə vəsaitin Beynəlxalq İnkişaf Agentliyi və Dövlət Departamenti vasitəsilə yönəldiləcəyi bildirilirdi. İlkin mərhələdə 500 milyon dollar, sonradan isə yerdə qalan miqdarın ödənilməsi nəzərdə tutulurdu. Ağ Ev bununla bağlı bəyanatında bildirirdi ki, bu maliyyə müharibə zamanı itirilmiş enerji infrastrukturunu bərpa etməyə yönləndiriləcək. Bundan başqa, qaçqınlara dəstək üçün 379 milyon, Ukrayna sərhədçiləri və hüquq-mühafizə orqanları üçün isə 300 milyon vəsaitin ayrılması planlaşdırılırdı.
Bir neçə gün öncə isə “Sülh” layihəsi çərçivəsində Ukraynanın ABŞ-dan 4,8 milyard dollar aldığı da məlum olub. Vəsaitin islahatların həyata keçirilməsinə, eləcə də ölkənin bərpasına dəstək məqsədilə xərclənəcəyi bildirilir.
Amerikalı kəşfiyyatçıdan xəbərdarlıq...
Baydenin dünyanı qlobal müharibəyə sürükləməsi isə ABŞ-ın daxilində də etirazlarla müşaiyət olunur. ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” YouTube kanalında bildirib ki, Co Baydenin administrasiyası nüvə müharibəsini alovlandırmaq istəməyən Amerika vətəndaşlarının səsini eşitmir. Onun sözlərinə görə, Bayden “məhdud nüvə mübadiləsi” kimi bir şeyin olduğunu düşünürsə, ciddi şəkildə yanılır. O qeyd edib ki, amerikalılar hakimiyyətə “hamının zərərinə” belə bir siyasətin “qəbuledilməz” olduğunu göstərməli, təzyiq göstərməlidir. “Nüvə silahı buraxıldıqdan 72 dəqiqə sonra nəzarətdən çıxacaq və ilk partlayış olacaq. Beləliklə, hamımız öldük”, -deyə Ritter xəbərdarlıq etdi.
Xatırladaq ki, prezident seçkiləri dövründə də öz çıxışlarında Bayden administrasiyasının dünyanı nüvə müharibəsinə daşıdığını bildirən Ritter xəbərdarlıq edib: “Bayden Donald Trampın andiçmə mərasimindən əvvəl nüvə müharibəsinə başlaya bilər”.
Rusiya zərbələrini davam etdirəcək...
Rusiya isə Ukraynanın ABŞ-ın təhrik etdiyi raket hücumlarını cavabsız qoymayacaq. Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının iclasında bildirib ki, hazırda Rusiyanın Müdafiə Nazirliyi Baş Qərargahla birlikdə orta mənzilli “Oreşnik” raketinin Ukrayna ərazisinə endirilməsi üçün yeni hədəflər seçir. “Baş Qərargah və Rusiya Müdafiə Nazirliyi yeni hədəflər seçir və Ukrayna ərazisində ən son “Oreşnik” silahları ilə növbəti zərbəyə hazırlaşır. Rusiya “Oreşnik”dən düşmənin təcavüzkar hərəkətlərinə qarşı istifadə etməyə davam edəcək”, - deyən Putin əlavə edib ki, yeni orta mənzilli silahların analoqu yoxdur və müasir hava hücumundan müdafiə sistemləri onları izləyə bilmir. Putin Rusiyanın başqa seçimi olmadığını və “Oreşnik”dən istifadə etməyə məcbur qaldığını da söyləyib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

