Füzulidən dünyaya açılacaq Cənubi Qafqaz...
03.11.2021 [10:49]
10 il keçməz ki, “Füzuli” adının populyarlığı hər kəsi təəccübləndirəcək. Bir ucu Uzaq Şərq, bir ucu Atlantik okeanı, bütün iş adamlarının istinad edəcəyi bir məkan olacaq bizim Füzulimiz. Bu kiçik şəhər Çindən başlayıb Qərbi Avropada bitən Böyük İpək Yolunun ən əsas məntəqəsinə çevriləcək. Bu haqda bir qədər sonra...
44 günlük Vətən müharibəsinin bitməsi ilə Azərbaycan dövləti ard-arda yeni layihələrə imza atmağa başladı. Hər kəs təəccüb içində idi. Bütün dünya bizi izləyirdi. Müharibə bitər-bitməz yeni infrastrukturun, özü də meqatipli layihələrin inşasına necə start verilə bilər axı? Bütün bunlar nə zaman layihələndirildi, nə zaman hazırlandı? Axı, müharibədən çıxmış ölkə adətən yaralarını sarımaqla məşğul olur. Azərbaycan isə bir əli ilə yaralarını sararkən, dağıntılarını bərpa edərkən, bir əli ilə dünya iqtisadiyyatına yeni bir nizam gətirəcək layihənin əsasını qoyurdu. Hər şey bir göz qırpımında baş verdi. Layihə, investisiya - hər şey hazır idi. İşçi qüvvəsi elə çalışırdı ki, sanki 20 ildir ki, bu işi necə görəcəyini məşq edirmiş. Füzuli Beynəlxalq Hava Limanı - “Qafqazın hava qapısı” açılırdı.
Bir haşiyəyə çıxaq. Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın RBK kanalına müsahibə verib. Müsahibənin içi “kaş ki”lərlə doludur. “Belə etməliydik”, “kaş ki, belə edəydik”, “kaş ki, başqa cür münasibətlər quraydıq”... Bəs ermənilər bizi nəzərdlə tutaraq “müsəlmanın sonrakı ağlı bizdə olaydı” deyirdilər. İndi isə görürlər ki, biz son 20 ilədək vaxt ərzində ağlımızdan keçənləri və edəcəklərimizi büruzə verməmişik. Anlayırlar ki, ermənilər öz eyforiyalarına qapılaraq yaratdıqları miflərin yuxusuna xorna çəkərkən, Azərbaycan bir an belə gözünü qırpmayıb, yeni bir gələcək qurmaq üçün bir an belə dayanmadan fəaliyyət göstərib.
Prezident İlham Əliyev hələ müharibə dövründə xalqa müraciətlərindən birində bildirmişdi ki, “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bu fikirlər təkcə döyüşə və ya torpaqların azad edilməsi prosesinə şamil olunmamalıdır. Prezident İlham Əliyev ötən illər boyu yalnız müharibəyə hazırlaşmamışdı. O, quruculuğa, inkişafa aparan yol xəritəsini hazırlamışdı. Tək Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişaf yolunu cızmışdı. Və bütün bu layihəni nə vaxt həyata keçirəcəyini bilirdi. Zamanı gözləyirdi.
Bir anlıq düşünək... Müharibənin sonunda 30 il öncə işğal etdiyi torpaqları bizə qaytarmaq məcburiyyətində qalan Emənistan yatsaydı, yuxusuna da girməzdi ki, Azərbaycan ondan Zəngəzur dəhlizini tələb edəcək. Ermənistan imza atacağı kapitulyasiyada belə bir şərtin yer alacağını proqnozlaşdırmamışdı. Hətta kapitulyasiya imzalanandan sonra belə Zəngəzur dəhlizi layihəsinin boya-başa çatacağına çoxları inanmırdı. Hərə bir yolla bu işə mane olmağa çalışırdı. Azərbaycan isə yenə də gözləmə mövqeyi tutmadı. Sanki bir anda bütün işlər hazırlandı. Zəfər yolu çəkildi, Füzuli Beynəlxalq Hava Limanının əsası qoyuldu. İşlər yeni başlayanda “Füzulidə aeroport kimə lazım olacaq” deyə sosial şəbəkələrdə haray salanlar da tapıldı. Bu hava limanının, eləcə də ölkədəki digər daxili hava limanlarının az işlək, lazımsız, yalnız görüntü üçün hazırlandığını deyənlər belə oldu. İddialar bitmədi. Amma nəticə fərqli idi...
Bu gün Füzuli Beynəlxalq Hava Limanı regional inkişafın əsas istinadgahına çevrilmiş Türkiyə-Azərbaycan qardaşlığının yeni simvoludur. Füzuli Beynəlxalq Hava Limanı haqda Rəcəb Tayyib Ərdoğan inamla danışır. Rusiyanın ən aparıcı ekspertlərinin, ən populyar televiziya proqramlarının müzakirə obyektinə çevrilib Füzuli. Rekord zamana- 6 aya tikilən Beynəlxalq Hava Limanı! Hər kəs anlayır bu nə deməkdir. Hər kəs başa düşür ki, Füzuli Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin dəyərini, qiymətini, rentabelliyini birə min artırıb. Bu gün dünyanın ta o başından Füzuliyə enəcək təyyarələrin yükləri Zəngəzur vasitəsilə dünyanın bu biri başına yol alacaq.
Azərbaycan Cənubi Qafqazın aparıcı siyasi-iqtisadi aktorudur. Artıq illərdir ki, bu reallıq mövcuddur və bunu heç kim dana bilməz. Bu günə qədər regionun inkişafı üçün etdiklərimiz göz önündədir. Ard-arda enerji kəmərlərinin çəkilişi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın Cənubi Qafqazın inkişafına verdiyi töhfələrdir. Amma günümüzün situasiyası tamam başqadır. Füzuli Beynəlxalq Hava Limanı, “Zəngəzur dəhlizi” layihəsi Cənubi Qafqazı dünyanın ticarət qovşağı halına gətirəcək. Hər kəs bizə, Füzuliyə can atacaq. Füzuli Cənubi Qafqazı dünyaya açacaq. Dünyanın əks qütbləri Füzulidə birləşəcək...
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

