Qazaxıstan və Azərbaycan daşınma qaydalarını sadələşdirdi
23.05.2026 [10:35]
Nəqliyyat vasitələri üçün elektron icazə blankları istifadəyə verilib
Qazaxıstan hökuməti beynəlxalq daşımaların inkişafı və daşıyıcılar üçün prosedurların sadələşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron icazə blanklarının mübadiləsi mexanizmini tətbiq edib. Yeni tətbiqdən sonra, icazələrin rəsmiləşdirilməsi və istifadəsi sisteminin aktivləşdirilməsi üçün texnoloji rəqəmsal həllərə start verilib. Belə ki, tərəfdaş ölkələr e-icazənin tətbiqinin öz informasiya sistemlərinə və rəqəmsal platformalarına inteqrasiyası istiqamətində işlər aparılır. Elektron formata keçidlə əlaqədar olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi daşıyıcılara icazə blanklarının üçüncü şəxslər vasitəsilə əldə edilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edib. E- icazə almaq üçün nəqliyyat vasitəsi yalnız Qazaxıstanda müvafiq dövlət qeydiyyatından keçməli və beynəlxalq avtomobil daşımaları üçün buraxılışa malik olmalıdır.
Rəqəmsal transformasiya yolunda vacib mərhələ
Qeyd edək ki, Qazaxıstan hökumət indiyə qədər Çin və Özbəkistanla xarici icazə blanklarının rəqəmsallaşdırılması sahəsində birgə addımlar atıb. Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron mübadilənin başlanması bu istiqamətdə həyata keçirilən nəqliyyat siyasətinin tərki hissəsi olmaqla, bu sahənin tam rəqəmsal transformasiyası yolunda vacib mərhələ sayıla bilər.
Elektron formatlı icazə sistemi nəqliyyat daşınmalarında kağız blanklardan imtinaya səbəb olmaqla yanaşı, inzibati maneələri minimuma endirməyə imkan verəcək. Belə ki, e- icazələr daşıyıcı barədə bütün zəruri məlumatları, o cümlədən daşıyıcının şəxsi informasiyalarını və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini, icazə, logistika şirkətində qeydiyyatı və s. məlumatları avtomatik rejimdə bu sistemə qoşulmuş ölkələrin - Azərbaycan, Türkiyə və Qırğızıstanın informasiya sistemlərinə ötürəcək. Beləliklə, qeyri-qanuni daşınmaların (o cümlədən üçüncü şəxslərdən əldə edilmiş icazələr) qarşısı alınacaq və logistika fəaliyyəti tamamilə rəsmiləşdirələcək, şəffaf nəzarət sistemi qurulacaq. Nəticədə, həmin ölkələr arasında nəqliyyat daşınmaları zamanı yüklərin reyestri və həcmləri, tranzit dəyərləri e-hesabatlılığa əsaslanacaq.
Türk dövlətlərinin manesiz ticarət rejimi
Müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması dünya ölkələrinin qarşısında duran əsas çağırışlardandır. Rəqəmsallaşma müasir İT imkanlarından istifadə etməklə məlumatların daha dəqiqliyi, vaxta qənaət edilməsi, ölkələrarası inteqrasiya nəticəsində məlumatların daha sürətli və dəqiq ötürülməsi, nəqliyyat vasitələrinin onlayn izlənilməsi və s. kimi funksionallığa şərait yaradır. Həmçinin, əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyət kəsb edir. Bu baxımdan, Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstan arasında nəqliyyat daşınmalarında elektron icazə sisteminin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq, eyni zamanda, türk dövlətlərinin əsas prioritetlərindən biri olan maneəsiz ticarət rejimlərinin yaradılması prinsiplərinə xidmət edir. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında son illərdə ticarət, sərhədkeçmə, nəqliyyat və tranzit sahələrində sadələşdirilmiş prosedurların tətbiqi istiqamətində müvafiq hüquqi-iqtisadi çərçivələr hazırlanmaqdadır. Bu sənədlərin əsas məqsədi türk dövlətlərinin apardığı ticarət əməliyyatları və tranzit daşımaları zamanı gömrük, sərhəd prosedurlarının asanlaşdırılmasıdır. Məsələn, ötən il qüvvəyə minmiş sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Sazişə əsasən, türk dövlətlərinin apardığı ticarət əməliyyatları zamanı gömrük və daşınma-logistika rejiminin yumşaldılması nəzərdə tutulur.
Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi
Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafi mövqe onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Rəqəmsal İpək Yolu” (“Digital Hub”) ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır. Həmin istiqamət üzrə digər hədəf yerüstü nəqliyyat daşımalarında tətbiq olunan rüsumların differensiallaşdırılması və optimallaşdırılmasıdır. Bu, üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsi deməkdir. Həmçinin, ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutlur ki, bu da iqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. Qeyd edək ki, ötən həftə Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də rəqəmsal mübadilələrin möhkəmlənməsi ilə bağlı müzakirələr aparıldı və rəqəmsal bağlantıları təşviq edən yeni prosedurların tətbiqinə diqqət çəkildi.
Beləlilklə, Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstan arasında daşımalarda elektron icazə sisteminin yaradılması qarşılıqlı tranzitlərin daha asan və manesiz hərəkətinin təmin edilməsində mühüm rol oynamaqla, digər rəqəmsal hədəflərə çatmağa zəmin yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

