/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq velotur davam edir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq velotur davam edir
12.05.2012 [09:46]
Xəbər verdiyimiz kimi, ölkəmizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq velotur keçirilir. Mayın 10-da paytaxt Bakıda veloturun ikinci mərhələsi start götürdü. Hər biri altı idmançıdan ibarət 17 komanda Rəşid Behdudov küçəsi-Bakıxanov küçəsi-Tbilisi prospekti istiqamətində hərəkətə başladı. Daha sonra isə yarış iştirakçılarının ikinci mərhələnin əsas marşrutu, yəni, Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə mübarizəsinə start verildi.
Komanda yarışında iştirakçılar sözügedən marşrut üzrə 176 kilometr məsafəni qət etdilər. Yeri gəlmişkən, ikinci mərhələ dağlıq ərazinin qət edilməsi də daxil olmaqla üç çətinlik katiqoriyasından ibarət idi. Bu mərhələnin lazımi səviyyədə və beynəlxalq yarışın tələblərinə uyğun şəkildə keçirilməsi üçün Təşkilat komitəsi bütün zəruri tədbirləri görmüşdü. Beləliklə, startdan 150 kilometr sonra turun ən yüksək nöqtəsinə çatan peloton mərhələnin İsmayıllıdakı finişinə yönəldi.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, marşrut boyunca yaşayış məntəqələrinin sakinləri əllərində ümummilli liderimiz Heydər Əliyevin portretləri, dövlət bayrağı və gül-çiçəklərlə yarış iştirakçılarını salamlayırdılar.
Beləliklə, liderin dəfələrlə dəyişdiyi gərgin mübarizə nəticəsində finişə ilk olaraq İspaniyanın “Diputacion de Avia-Smilek” klubunun 20 yaşlı üzvü Dieqo Rubeo Hernandes gəldi. ümumilikdə iki mərhələnin nəticələrinə görə yarışların lideri isə “Centre Mondial du Cyclisme” klubunun üzvü, əlcəzairli Yusif Regigi oldu. Həmçinin, Sumqayıt klubunun təmsilçisi, 20 yaşlı Qurban Tağıyev Azərbaycan idmançıları arasında ən yaxşı nəticə göstərdi. Mükafatları qaliblərə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və İsmayıllı rayonunun rəhbərliyi təqdim etdilər.
Onu da bildirmək yerinə düşər ki, İsmayıllıda qaliblərin mükafatlandırılması mərasimi yerli sakinlərin böyük coşqusu və sevinci ilə müşahidə edildi. “Yeni Azərbaycan” qəzetinə açıqlamalarında yerli sakinlər bu günün onlar üçün ikiqat əlamətdar olduğunu dedilər. Rayon sakinlərinin sözlərinə görə, Azərbaycanın günü-gündən inkişaf etməsi özünü bütün sahələrdə göstərir. Eyni zamanda, beynəlxalq idman yarışlarının paytaxt Bakı ilə yanaşı regionlarda da keçirilməsi dövlətimizin idmana diqqət və qayğı göstərdiyini təsdiqləməklə yanaşı, artıq ölkəmizin hər bir regionunun bu tip yarışlara evsahibliyi etmək iqtidarında olduğundan xəbər verir.
Belə tədbirlərin regionlarda keçirilməsinin, öz növbəsində ayrı-ayrı şəhər və rayonlarımızın turizm potensialının təbliği işinə də dəstək olduğunu deyən İsmayıllı sakinləri onu da bildirdilər ki, bu tarix onların yaddaşlarından heç zaman silinməyəcək. çünki ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü günü, yəni, mayın 10-da dünyanın 17 ölkəsini təmsil edən idmançılar arasında beynəlxalq yarışın növbəti mərhələsinin qalibləri məhz İsmayıllıda mükafatlandırıldı.
Daha sonra qaliblərin iştirakı ilə mətbuat konfransı keçirildi. Təşkilat komitəsinin üzvü Rövşən Məmmədov qalibləri KİV təmsilçilərinə təqdim etdikdən sonra, ikinci mərhələnin qalibi Dieqo Rubeo Hernandes jurnalistlərin suallarını cavablandırdı. O, öncədən bu mərhələdə qalib gələcəyinə əmin olduğunu bildirdi: “çünki mən bu yarışa güclü ayaqlarla və güclü iradə ilə gəlmişəm”.
İspan velosipedçisi, eyni zamanda, bundan sonrakı yarışların da qalibi olmaq əzmini nümayiş etdirdi: “Hesab edirəm ki, velosipedçi inamlı olmasa heç vaxt qələbə qazana bilməz. Və mən bütün turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm. Lakin əlbəttə ki, hər şeyi yol müəyyən edəcək”.
İki mərhələnin nəticələrinə görə yarışların lideri əlcəzairli Yusif Regigi isə öncə yaradılan gözəl şəraitə və turun yaxşı təşkil olunmasına görə, bu beynəlxalq yarışın təşkilatçılarına təşəkkürünü bildirdi: “Təşkilatçılar yarışın lazımi şəkildə, həmçinin, təhlükəsiz halda keçirilməsi üçün hər cür şəraiti yaratmışdılar. Eyni zamanda, yarış boyu biz yollara çıxan sadə vətəndaşların dəstəyini hiss etdik. Bu da bizim üçün çox böyük faktor oldu”.
Liderliyə gəldikdə isə o aşağıdakıları dedi: “Təxminən yüz kilometr boyunca liderlər qrupunda idim. Dieqo ilə çiyin-çiyinə mübarizə aparırdım. Əslində, düşünmürdüm ki, mən yarışın lideri mövqeyini əldə edəm. Sadəcə, bu mərhələnin qalibi olmaq istəyirdim. Lakin Dieqo məni bu mərhələdə qabaqladı. Buna baxmayaraq mən veloturun lideri oldum”.
Azərbaycan idmançıları arasında ən yaxşı nəticəni göstərmiş Qurban Tağıyev öncə ölkəmizdə digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idmana da hərtərəfli dövlət qayğısının göstərildiyini dedi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi də Azərbaycanda idmana və idmançılara dövlət qayğısının daha bir bariz nümunəsidir. Q.Tağıyev hesab edir ki, ölkəmizdə keçirilən beynəlxalq velotur böyük bir idman bayramı olmaqla bərabər, həm də Azərbaycanda yeniyetmələr və gənclər arasında velosiped idmanına marağın artmasına səbəb olacaq. O, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədovun idmanın bu növünün inkişafı üçün gərgin əmək sərf etdiyini və idmançılara böyük qayğı göstərdiyini bildirdi: “ümidvaram ki, Azərbaycan idmançıları bu qayğıdan güc alaraq, peşəkar veloturda, həmçinin, gələcəkdə keçiriləcək yarışlarda uğurla çıxış edəcəklər”.
Qeyd edək ki, mayın 13-dək davam edəcək veloturun üçüncü mərhələsinə mayın 11-də start verilib. Həmin gün idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 160 kilometr məsafəni qət ediblər. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq veloturun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, həmçinin, Gənclər və İdman Nazirliyidir. Yarışın texniki cəhətdən təşkilini Almaniyanın “Freunde Eventlogistik” şirkəti həyata keçirir. Bu velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCİ) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ kontinental turudur. Azərbaycanda ilk dəfə keçirilən velosiped idman yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılıb.
P.S. Yarışın üçüncü mərhələsinin qalibi rusiyalı Dmitri Vernidub olub. Əlcəzairli Yusif Regigi isə ümumilikdə 3 mərhələnin qalibi olub. üçüncü mərhələnin qalibləri arasında həmyerlimiz Tural İsgəndərov da var. Bu mərhələ barədə geniş reportajı növbəti sayımızda oxuya bilərsiniz.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

