Körpələrin ürək döyüntüləri ilə nitq inkişafı arasında əlaqə...
27.12.2024 [08:28]
Hyuston Universitetinin psixologiya üzrə dosenti Ceremi Borjon və onun tədqiqat qrupunun apardığı araşdırma körpələrin nitq inkişafı ilə ürək döyüntülərinin ritmik dəyişiklikləri arasında birbaşa əlaqəni ortaya çıxarıb. Bu tapıntılar dilin inkişafı və nitq pozuntularının erkən mərhələlərdə müəyyən edilməsi üçün yeni perspektivlər təqdim edir.
AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Məlum olub ki, körpələrin nitqyaratma cəhdləri, yəni onların ilk şirin səsləri və səsçıxarma cəhdləri ürək döyüntülərinin ritmik dəyişmələri ilə sinxron şəkildə baş verir. Borjon və komandası, 18-27 aylıq 34 körpəni müşahidə edərək onların ürək döyüntüləri və yaydığı səslər arasındakı əlaqəni analiz edib. Tədqiqat nəticəsində körpələrin ürək döyüntülərinin ritmik dəyişiklikləri ilə səs çıxarma müddəti və səsin tanınan nitqə çevrilmə ehtimalı arasında ciddi uyğunluq aşkar olunub. C.İ.Borjon qeyd edir ki, ürək döyüntüsünün yerli zirvəyə və ya aşağı nöqtəyə çatdığı zaman körpələrin səsçıxarma ehtimalı daha yüksəkdir: “Zirvə dövründə çıxarılan səslər daha uzunmüddətli, ürək döyüntüsü yavaşladığı zaman çıxarılan səslər isə sadəlövh dinləyicilər tərəfindən nitqə daha çox bənzər olaraq qəbul edilib”.
Araşdırmada ürək döyüntüsünün və tənəffüsün idarəsində mühüm rol oynayan avtonom sinir sisteminin inkişafı ilə körpələrin nitq bacarıqları arasındakı əlaqə vurğulanıb. Həyatın ilk illərində ürək və ağciyərlərin fəaliyyətindəki dəyişikliklərin nitq və ünsiyyət bacarıqlarına təsir etdiyi aşkarlanıb.
C.Borjon bildirib ki, vegetativ sinir sisteminin nitq inkişafına təsirini araşdırmaq, atipik dil inkişafı üçün risk faktorlarını daha yaxşı başa düşmək üçün yeni tədqiqat yolları açır.
Bu tapıntılar, nitq pozuntularının erkən diaqnostikasında və körpələrin dil inkişafının dəstəklənməsi üçün yeni yanaşmaların inkişafında mühüm rol oynaya bilər. Körpənin beynində və bədənində nitqə hazırlığı təmin edən funksiyaların koordinasiyası, onun ürək döyüntüsündəki ritmik dəyişikliklərlə bağlıdır və bu əlaqənin daha dərindən araşdırılması gələcəkdə mühüm elmi nəticələr verə bilər.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

