ATXƏM rəhbərliyi Türkiyəyə işgüzar səfər edib
22.10.2009 [10:30]
14-20 oktyabr tarixlərində Azərbaycandan böyük bir nümayəndə heyəti Ankaraya işgüzar səfərə gedib. Nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev, Azərbaycanlıların və digər Türkdilli Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin (ATXƏM) sədri İlham İsmayılov, ATXƏM-in humanitar məsələlər üzrə sədr müavini, Azərbaycan Tibb Universitetinin dosenti Zeyqəm Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramov və başqaları olub. Səfərdə əsas məqsədlərdən biri də erməni açılımı ilə bağlı Azərbaycanın mövqeyini Türkiyə ictimayyətinə çatdırmaqdan ibarət olub.
Nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Qastroentoloji Vakfının dəvətilə XXVI Beynəlxalq Gastroenteroloji Konqresinin iclaslarına və Türkiyə Qastroentoloji Vakfının 50 illik yubileyinə qatılıblar.
Ankaradakı “Sheraton” otelində keçirilən XXVI Beynəlxalq Gastroentoloji Konqrenin iclaslarında Azərbaycan nümayəndə heyətilə yanaşı, bütün türkdilli ölkələrin, o cümlədən Asiya və Avropa ölkələri də daxil olmaqla böyük nümayəndə heyətləri, elm adamları və bu sahədə fəaliyyət göstərən mütəxəssislər iştirak edib.
Oktyabrın 16-da ATXƏM-in rəhbərləri İstanbul “Azeri Kültür Evi” dərnəyinin və “İğdir Azeri Kültürünü Koruma və Yayma” dərnəyinin üzvləri ilə görüşüblər. Görüşdə Türkiyə və Azərbaycanda fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, hər iki ölkənin QHT-ləri Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmaması üçün birgə çalışacaq, Azərbaycan torpaqları işğaldan azad olmayınca bütün Türk dünyası üçün qəbuledilməz olan imzalanan protokolun həyata keçməsinə qarşı mübarizə aparacaqlar. Görüşün sonunda İstanbul “Azeri Kültür Evi” dərnəyi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyevə və ATXƏM-in sədri İlham İsmayılova ödül təqdim edib.
Oktyabrın 17-də isə “Sheraton” otelinin böyük zalında XXVI Beynəlxalq Gastroentoloji Konqresinin təntənəli bağlanış gecəsi keçirilib.
Tədbirdə Azərbaycan və Türkiyə bayrağını qaldıran ATXƏM-in sədri bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və heç bir qüvvə bu iki qardaş xalqın dostluğunu poza bilməz: “Böyük dünya dövlətləri öz mənafeləri naminə bu iki qardaş ölkə arasında oyunlar qurur, onları bir-birindən narazı salmağa çalışırlar. Lakin Azərbaycan və Türkiyə xalqları arasındakı münasibətlər sadəcə qonşuluq, dostluq, mənafe birliyi üzərində qurulmayıb. Biz eyni soykökü, eyni mədəniyyəti və eyni qanı daşıyan, Ulu öndər Heydər Əliyev dediyi kimi “bir millət - iki dövlətik”.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev Türkiyə Qastroentoloji Vakfını 50 illik yubiley münasibətiylə təbrik edərək, Türkdilli ölkələr arasında bütün sahələrdə birgə əməkdaşlığın olmasını vacib sayıb: “Azərbaycan və Türkiyə arasında artıq elə bir sahə yoxdur ki, bu sahədə birgə əməkdaşlıq mövcud olmasın. Biz bütün sahələrdə əməkdaşlığa nail olmaq, birgə mübarizə aparmaq üçün çox çətin bir yol gəlmişik. Lakin bu günlərdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar bizim hamımızı narahat etməyə başladı. Biz Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu bir dönəmdə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasının əleyhinəyik. Biz Türkiyədə erməni açılımına bu gün bütün xalqın eyni etirazını gördük. Hesab edirik ki, Türkiyə hökumət rəhbərləri də bu iki qardaş xalqın qarşılıqlı etiraz səslərinə hörmətlə yanaşacaq, Ermənistanla Türkiyə arasında imzalanmış bu protokolların ratifikasiyasından vaz keçəcək. Biz çalışmalıyıq ki, Azərbaycan və Türkiyə dostluğuna ciddi kölgə salacaq bu imzalanmış protokolların şərtləri həyata keçməsin, Azərbaycan torpaqları erməni işğalından tam azad olmayınca sərhədlər açılmasın”.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimovla, TUDEİV-in başkanı, prof.dr. Abdulhaluk M.çay və Strateji Düşüncə İnstitunun əməkdaşları ilə görüşlər keçiriblər. Görüşdə türkdilli ölkələrdə son dövrlər baş verən hadisələr müzakirə olunub. ATXƏM-in sədri İlham İsmayılov və Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev Strateji Düşüncə İnstitunun təsis etdiyi nüfuzlu “Strateji Düşüncə” dərgisinə geniş müsahibə verib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

