Rektor Ədalət Muradov BVF və DB-nin illik toplantısında iştirak edib
12.10.2016 [10:12]
UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru, professor Ədalət Muradov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun illik toplantısında iştirak edib. Ə.Muradov toplantıya hər iki təşkilatın birgə dəvəti ilə qatılıb.
Xüsusi proqrama uyğun olaraq, Serbiya, Bosniya və Herseqovina, El-Salvador, İordaniya, Anqola, Kot d`İvuar, Myanmar, İndoneziya, Kolumbiya və Azərbaycandan dəvət olunan akademik dairənin nümayəndələri BVF-in icraçı direktoru K.Laqard (Christine Lagarde) və Dünya Bankı Qrupunun direktoru J.Kimin (Jim Yong Kim) iştirakı ilə bir sıra müzakirələrə qatılıblar.
Oktyabrın 7-də keçirilən BVF və DB-nin illik toplantısında Ümumdünya Ticarət Təşkilatının baş katibi R.Azevedo bildirib ki, qlobal iqtisadi artım tempinin azalması ilə bərabər, ticarətdə maneələr artıb, proteksionizm güclənıb. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə iqtisadi artım qeyri-bərabər bölünüb. O bildirib ki, ilin sonuna qədər imzalanacağı gözlənilən Ticarətə Yardım Sazişi (Trade Facilitation Agreement) inkişafda olan bir sıra ölkələrin ticarət xərclərini 15 faizə qədər azaldacaq.
BVF-in icraçı direktoru K.Laqard BVF yaradıcılarından olan C.Keynsin (John Maynard Keynes) “bir çox hallarda çağırış yeni ideyaların inkişafından daha çox köhnə ideyalardan uzaqlaşmaqdan ibarətdir” sitatını misal gətirərək, əsas prioritet kimi “dəyişən BVF və dəyişən dünya”, müasir texnologiyaların vacibliyindən danışıb. Rəqəmsal əsrə doğru inkişafı, inklüziv iqtisadi artımı təmin edən siyasəti və beynəlxalq əməkdaşlığı ön plana çəkib.
J.Kim Dünya Bankının əsas məqsədinin dünyada mütləq yoxsulluğun aradan qaldırılması olduğunu vurğulayaraq, inklüziv, dayanıqlı və daha yüksək artım tempinin təmin edilməsi üçün daha böyük əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib. Eləcə də infrastruktur layihələrinin reallaşdırılmasının davam etdirilməsinin əhəmiyyətini bildirib.
Səfər çərçivəsində bir çox müzakirələrdə iştirak edən UNEC-in rektoru BVF-in Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Qorçi ilə də görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilib. M.Qorçi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. Müzakirələr zamanı BVF-in elektron kitabxanasına sərbəst çıxış imkanlarının yaradılması, BVF ilə UNEC-in birgə tədqiqatlar aparması, konfrans, seminar və dəyirmi masaların təşkili təklif edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

